is. [
fars. ] Ov.
Cümə bekar, şənbə şikar. (Məsəl).
[Kərim babanın] indi belə fikri-zikri daima seyrü səfada, ovda və şikarda idi. A.Şaiq.
Bir yay aldım çıxmaq üçün şikarə; Tuş gəldim bir ahugözlü nigarə. M.Müşfiq.
□ Şikar etmək (eyləmək) – ovlamaq.
Şikar edib, tutdum bir şux tərlanı. “Koroğlu”.
Açdı siçanlara pişik dəstini; Beş siçanı eylədi zalim şikar. S.Ə.Şirvani.
Şikara çıxmaq (getmək) – ova çıxmaq, ova getmək.
[Şirin:] Nurcahan qarı, axirətsiz, nə tez xam yerə şikara çıxmısan? N.Vəzirov.
Tez-tez şikara çıxmağı vərdişt etmiş şahin, indi bağlanmaqda qaldığından çox bərk darıxır, iki gün olardı ki, o, dimdiyini ətə də vurmurdu. S.Rəhimov.
2. Ovlanan heyvan (quş). Aslan ağzından şikar alınmaz. ( Ata. sözü ).
Boğulduqca dara düşmüş o şikar; Maral kimi dil çıxarıb hayqırar. S.Vurğun.
3. məc. Hiylə, kələk yolu ilə ələkeçən, toradüşən adam haqqında.
Bir dəfə nişanladığı şikarından [Ağa Murad bəy] məqsədinə nail olmayınca əl çəkməzdi. T.Ş.Simurq.
Araq öz işini görmüşdü.
Şikarını dəhşətli caynaqlarına almışdı. İ.Musabəyov.
[Beşaçılanlı adam:] Şikarı əldən çıxarmaq olar? Di, tez olun. Mir Cəlal.