YUXA

is.
1. Nazik yayılmış (mayasız) xəmirdən sacda bişirilən çörək növü; yayma. Yuxa, yuxa, yolda tıxa. ( Ata. sözü ).

Aradan bir az keçməmişdi ki, Səhnəbanının anasını yuxa üstünə apardılar. Aşıq Ələsgər”.
Göyçək arvad bir büküm yuxanın arasına cızdaq doldurub poçtalyona uzatdı. Ə.Vəliyev.
Mələk qarı təzə buğda unundan xəmir edib sacda yuxa bişirirdi. S.Şamilov.

2. məc. Yumşaq, nazik, zərif şey haqqında.

Əmanət, əmanət; növki-müjkanın; Toxunmasın, qanar, yuxa üzünə. Q.Zakir.
[Ovçu:] Qızım, – dedi, – ürəyiniz yuxa olur, bilirəm, amma [quşlar] bizim üçün yaranmışdır. Mir Cəlal.

[Rüstəm:] Hava da bərk dolub, yağacaqdır.

Əynin də yuxadır. S.Rəhimov.

 

 

YUXA nədir? – YUXA nedir? – YUXA sözünün mənası – YUXA sozunun menasi – YUXA nə deməkdir? – YUXA ne demekdir? – YUXA sözünün izahı – YUXA sozunun izahi – YUXA sözünün istifadəsi – YUXA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.