YÜNGÜL

sif.
1. Çəkisi az olan (ağır ziddi). Yüngül yük. Yüngül çamadan. Yüngül daş.
□ Yüngül çəkmək – çəkidə aldatmaq, əskik vermək.
// Sıx olmayan, nazik. Yüngül parça.
// İsti olmayan, qalın olmayan; qızdırmayan. Yüngül paltar.
// Taxtadan tikilmiş. Yüngül pavilyon. Yüngül bina.
// Həzmi asan olan, mədəyə ağırlıq verməyən. Yüngül yeməklər. Yüngül qəlyanaltı. Axşam yeməyi yüngül (z.) olmalıdır.
2. Çətin olmayan, asan olan. Yüngül mətn. Yüngül məsələ.
// Aydın, sadə, səlis. Yüngül üslub. Dili çox yüngüldür. – [M.Ə. Sabir ] sadə və aydın bir dillə oynaq və yüngül misralarda böyük bir cəsarətlə köhnəliyi … qamçılayırdı. M.Arif.
// Əyləndirici mahiyyətdə olan. Yüngül musiqi. Yüngül komediya. Yüngül mahnı.
// Asanlıqla əldə edilən, qazanılan. Yüngül qazanc. Yüngül qələbə.
// Yerinə yetirilməsi çətin olmayan, çox zəhmət tələb etməyən; asan. Yüngül iş. Yüngül vəzifə.
3. Ciddi olmayan; əhəmiyyətsiz, xətərsiz. Yüngül yara. Yüngül xəstəlik.
// Əziyyətsiz, ağrısız. Yüngül doğuş. Yüngül həyat.
// Ağır olmayan; şiddətsiz. Yüngül cəza.

– Fəxrəddin isə Qızıl Arslandan yüngül bir məzəmmət alandan sonra Hüsaməddini qaçıran qadını axtarmağa başladı. M.S.Ordubadi.

4. Zəif, az (hiss edilən). Yüngül külək. Yüngül qoxu. Yüngül təbəssüm. Üzündə yüngül kədər izləri göründü.
// Təsiri az olan, tünd olmayan; zəif, boş. Yüngül şərab. Yüngül tütün.
5. məc. Səthi, qeyri-ciddi. İşə yüngül münasibət. Yüngül mühakimələr.
// Adam, hərəkət, xasiyyət haqqında. Yüngül adam. Yüngül xasiyyət. Yüngül əxlaq.

– Onu söyləməyə gəlmişəm sizə; Yüngül (z.) görünməyim gözlərinizə. S.Vurğun.

6. məc. Sağlam, çevik, qıvraq.

Nəriman özünü rahat və yüngül (z.) hiss etdi. Mir Cəlal.

// Saf, təmiz, tənəffüsü asanlaşdıran. Yüngül dağ havası.

– Yüngül payız havası müalicəyə gəlmiş adamlara daha artıq ləzzət verirdi. M.İbrahimov.

7. Ağır silahlanmamış; mütəhərrik. Yüngül topçu dəstəsi. Yüngül batareya. Yüngül kreyser.
◊ Yüngül atletika – atletikanın, qaçış, tullanma, nizə, disk və s. tullama növləri.
Yüngül ayaq – bax ayağı yüngül (“ayaq1”da).

[Mirzəli:] Doğrudan, Hümmətəli, sən elə yaxşısan, yüngül ayaqsan, gələsən, qaçıb bir xəbər gətirəsən. C.Məmmədquluzadə.

Yüngül əl – əli yüngüllük, şəfa, uğur, qazanc gətirən adam haqqında.
Yüngül kavaleriya tar. – sovet idarələrinin işini yoxlamaq üçün vaxtilə komsomol tərəfindən təşkil edilən dəstələr, briqadalar və s.
Yüngül sənaye – çoxişlənən mallar hazırlayan sənaye.

 

 

YÜNGÜL nədir? – YÜNGÜL nedir? – YÜNGÜL sözünün mənası – YÜNGÜL sozunun menasi – YÜNGÜL nə deməkdir? – YÜNGÜL ne demekdir? – YÜNGÜL sözünün izahı – YÜNGÜL sozunun izahi – YÜNGÜL sözünün istifadəsi – YÜNGÜL sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.