YOLÇU

is.
1. Yola, səfərə çıxmış adam, yol gedən adam. Yolçu yolda gərək. ( Ata. sözü ).

Sevinir keçəndə yolçunun gözü; Seyr edir bu geniş, bəzəkli düzü. H.K.Sanılı.
Abbas kişinin böyük və səsli şəhərdə rast gəldiyi ilk yolçudan soruşduğu bu oldu. Mir Cəlal.

// Sərnişin, minik.

[Konduktor] uzaqdan gələn yolçulara, görünür, güzəşt edirdi. Qantəmir.

2. Dilənçi. Yolçudan yolçuya pay düşməz. ( Ata. sözü ).

Ey mənim yolçu, dilənçi, lüt-lüm qardaşlarım həmşərilər! C.Məmmədquluzadə.


…yolun yolçusu – adətən düz yolla getməyən adam haqqında.

[Kələntərli:] Yoldaş Əmirli, insafla danışın, mən o yolun yolçusu deyiləm. İ.Hüseynov.

 

 

YOLÇU nədir? – YOLÇU nedir? – YOLÇU sözünün mənası – YOLÇU sozunun menasi – YOLÇU nə deməkdir? – YOLÇU ne demekdir? – YOLÇU sözünün izahı – YOLÇU sozunun izahi – YOLÇU sözünün istifadəsi – YOLÇU sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.