YENƏ

zərf (bəzən də ədatı ilə).
1. Təkrar, bir daha, təzədən, yenidən. Dünənki adam bu gün yenə gəldi. Bu gün yenə hava pisləşdi. Uşaqlar yenə qaçışmağa başladılar.

– Gülbadam yenə də sual vermək istədi. N.Nərimanov.
Məcnun kimi yenə düşdüm çöllərə. Molla Cümə.
O günün sabahı Mirzağa üçüncü kərə olaraq Cəmilə ilə yenə üz-üzə gəldi. S.Hüseyn.

// Sual şəklində: təəccüb, heyrət, məmnuniyyətsizlik bildirir. Yenə gəldin? Yenə narazılıq? Yenə də şikayət?
2. Eyni qayda üzrə, əvvəlki kimi. Yenə söhbətlər başladı.

– Bir gün yenə Nigar xanımın ürəyi sıxıldı. Koroğlu”.
[Mərcan bəy:] Balam, orada olmadı, gəl yenə burada danışaq. Ü.Hacıbəyov.
Otuza az qalır Aygünün yaşı; Yenə od kimidir al yanaqları. S.Vurğun.

3. Hər halda, hər necə olsa, hətta, belə, hələ də, o halda da. Gec də olsa, yenə gələcəyəm. Dediyindən yenə də əl çəkmir. Bundan yenə o yaxşıdır.
4. Eyni ilə, olduğu kimi, o cür. Dünən necə etmişdinsə, yenə elə hərəkət et.

 

 

YENƏ nədir? – YENƏ nedir? – YENƏ sözünün mənası – YENƏ sozunun menasi – YENƏ nə deməkdir? – YENƏ ne demekdir? – YENƏ sözünün izahı – YENƏ sozunun izahi – YENƏ sözünün istifadəsi – YENƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.