YAXA
1. Paltarın boyun keçən hissəsi, habelə bu hissəyə tikilən və boyunu əhatə edən parça zolağı. Enli yaxa. Köynək yaxası. Kostyumun yaxası kirlənib. Sırmalı yaxa.
2. bax yaxalıq.
3. Sahil, kənar, tərəf.
◊ Yaxa açmaq – 1) ölü üçün ağlamaq, yas saxlamaq.
2) qarğımaq, qarğış etmək.
Yaxa ələ vermək – bax yaxasını ələ vermək.
Yaxa ələ verməmək – bax yaxasını ələ verməmək.
Yaxa qurtara bilməmək – xilas ola bilməmək, canını qurtara bilməmək.
Yaxa qurtarmaq – bax yaxasını qurtarmaq.
Yaxa yırtmaq – 1) başqası üçün çalışmaq, başqasını haqlıhaqsız müdafiə etmək. Dost yolunda yaxa yırtdım, baş açdım; Gecə-gündüz dadü bidad eylədim. (Qoşma);
2) ağlamaq, fəğan etmək.
Yaxası əldə qalmaq – üzərində məsuliyyət qalmaq, məsuliyyətdən qurtara bilməmək.
Yaxası ələ keçmək – tutulmaq, girə keçmək, yaxalanmaq.
Yaxası(nı) qurtarmaq – canı(nı) qurtarmaq, xilas olmaq, qurtulmaq. Yaxası yaxşı qurtardı.
Yaxasına keçmək – yaxasından yapışmaq, tutub buraxmamaq.
Yaxasından əl götürmək (əl çəkmək) – rahat buraxmaq, əl çəkmək, dəyib-toxunmamaq, daha işi olmamaq.
Yaxasından yapışmaq – 1) yaxalamaq, yapışmaq, tutub buraxmamaq, əl çəkməmək.
[Oğlan] gözləyirdi ki, bu saat yaxamdan yapışacaq, kim bilir, nə çətin sual verəcək! Mir Cəlal;
2) məsuliyyətə çəkmək, cavab istəmək.
// Yaxasından tutmaq – 1) bax yaxasından yapışmaq;
2) inadla tələb etmək, bir işdən yapışıb əl çəkməmək.
[Əli əmniyyəbaşı mübaşir Məmmədə:] Nə tutmusan abconun yaxasından.
Yaxasını buraxmaq – bax yaxasından əl çəkmək.
Yaxasını ələ vermək – 1) özünü ələ vermək, tutulmasına, yaxalanmasına imkan vermək, yaxalanmaq, tutulmaq, ehtiyatsızlıq göstərmək;
2) məc. birinin tələbləri, xahişi qarşısında yumşaqlıq göstərmək, zəiflik göstərmək, qarşı dura bilməmək, təsir altına düşmək.
Yaxasını ələ verməmək – özünü ələ verməmək, qaçmaq, yaxın durmamaq, yayınmaq.
Yaxasını qırağa (kənara) çəkmək – bir işə qarışmamaq, məsuliyyətdən qaçmaq, özünü kənara çəkmək, boyun qaçırmaq, imtina etmək. Camalın anası əlayağını yığışdırıb Cənnət kişigilə elçiliyə getdi.
Yaxasını qurtarmaq – qurtarmaq, canını qurtarmaq.
Yaxasını tanımaq – dadanmaq, bir adama daim bir şey üçün müraciət etmək.
YAXA nədir? – YAXA nedir? – YAXA sözünün mənası – YAXA sozunun menasi – YAXA nə deməkdir? – YAXA ne demekdir? – YAXA sözünün izahı – YAXA sozunun izahi – YAXA sözünün istifadəsi – YAXA sozunun istifadesi