YAĞLI

sif.
1. Yağı olan, tərkibində yağ çox olan. Yağlı ət. Yağlı xörək. Yağlı balıq.

– Yadın oğlu yağlı aşa mehmandı; Dar günündə baxarsan ki, usandı. Aşıq Ələsgər.
Ət bazardan daşınıb mənzilə zənbil-zənbil; Etmədi mədələri yağlı qidanı təhlil. S.Ə.Şirvani.
Axşamın toranında közərib parıldayan kömürün üzərində şişlərə yağlı qabırğalar çəkilmişdi. İ.Hüseynov.

// Tərkibində yağ maddəsi olan. Yağlı bitkilər.
2. Yağa bulaşmış.

…Məmməd kişi kababı yeyib yağlı əlləri ilə bığlarını eşdi. S.Rəhman.

// Üzərində yağ ləkəsi olan; kirli, çirkli. Yağlı əsgiləri yumaq. Köynəyin boynu yağlıdır.
3. məc. dan. Pullu, varlı, gəlirli, yaxşı gəlir mənbəyi olan. Yağlı yer.

– Molla Xəlil düşünürdü: hər üç, beş Quran oxudan Hacı Hüseyn kimi yağlı müştərilər Quranların sayını ixtisara salsalar, o zaman mədaxili birə-üç, birə-dörd azalacaqdır. S.Hüseyn.
Leylək Ələmdar çovğunun, azanın və zənglərin qatqarış səslərinə qulaq verir, onda yağlı bir qarət həvəsi doğurdu. S.Rəhimov.

4. məc. dan. Kəsərli, tutarlı, təsirli, şiddətli. Yağlı töhmət aldı.

– Cəbhədə dəydimi ona yağlı, tutarlı bir kötək; Atəş alır, quduzlaşır, dörd yanı qapır köpək. Ə.Nəzmi.

◊ Yağlı boya rəss. – tərkibində yağ olan rəssam boyası.

Vəzir taxt üstündə oturdu və bir müddət hamamın kəllə divarındakı yağlı boya ilə çəkilmiş əfsanəvi ənqa quşuna baxaraq fikrə getdi. Ə.Məmmədxanlı.

Yağlı dil – şirin, lakin yalan sözlər, aldadıcı dil.

Qərəz, o yan-bu yan, Xoca Əziz yağlı dilini işə salıb qoruqçunun hirsini yatırtdı. Koroğlu”.
[Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli.
İndi Leylək … o yağlı dili tapa bilərdimi? S.Rəhimov.

 

 

YAĞLI nədir? – YAĞLI nedir? – YAĞLI sözünün mənası – YAĞLI sozunun menasi – YAĞLI nə deməkdir? – YAĞLI ne demekdir? – YAĞLI sözünün izahı – YAĞLI sozunun izahi – YAĞLI sözünün istifadəsi – YAĞLI sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.