VAR


1. sif. Olan, mövcud olan. Var qüvvə ilə çalışmaq. Var gücünü sərf etmək.
□ Var gücü (qüvvəsi) ilə – bütün qüvvəsini gərginləşdirərək, sərf edərək. Var qüvvəmizlə işləməliyik.

– Elə bu zaman maşından düşən zurnaçılar ordlarını doldurub, var gücləri ilə piləməyə başladılar. Kirpi”.

2. is. Varlıq, mövcudiyyət.

Ahü zar çəkməkdən yox olub varı; Saf aynası tutub möhnət qubarı. Q.Zakir.
O dəhən fikri ilə cümlə yox oldu varım. S.Ə.Şirvani.

□ Var olmaq – mövcud olmaq, yaşamaq.
3. Xəbər mənasında (vardır şəklində də işlənir).

Var bir tədbiri, amma aşikar etməz mana. Füzuli.
[Bayram:] A kişi, ov da ələ düşmür, nə bir ceyran var, nə bir turac var. M.F.Axundzadə.
Həmişə dildə sənin solmayan baharın var. S.Ə.Şirvani.
Burada gecələrin qərib səsi var. S.Vurğun.
Mən çəlik ürəkli bir yeni gəncəm; Dildən-dilə düşdüm, hekayətim var. M.Müşfiq.
Bununla bərabər [Nəsir] burasını da düşünərdi ki, arxasında Mirzə Qədir kimi bir qardaşı vardır. S.Hüseyn.

// Olar, yaxındır.

Möcüzələr yaradır ana ürəyi; Bir il var yaradır ana ürəyi. S.Rüstəm.

4. Birinci şəxs sonluğu ilə: varam dan.1) çox xoşuma gəlir, bəyənirəm, ürəyimə yatır. Varam onun oxumağına. Varam sənin oyununa. – [Bəbir bəy:] Amma mən sənin kimisinə varam. Kasıbsan, üzüyolasan, işləyənsən. Mir Cəlal;
2) hədə mənasında.

[İblis:] Mən də nə qədər dünya durub, o insanın nəsli ilə varam. Ə.Haqverdiyev.

5. Sual şəkilçisi ilə: varmı? – mövcuddurmu?, tapılarmı?

Gülşəni-aləmdə bir gül varmı bixar olmasın? M.Hadi.

□ Var olsun! ( nida ) – yaşasın, həmişə baqi olsun.

Var olsun azad yurdun azad oğulları! C.Cabbarlı.
Mən deyirəm, qoy var olsun sinəndəki el ürəyi! S.Vurğun.
Var olsun cəlalın, ey Azərbaycan! Ey Odlar ölkəsi, günəşli diyar! Ə.Cəmil.

Var etmək – yaratmaq, vücuda gətirmək, meydana gətirmək.

Hüsnübəyim üzünü göyə tutub deyir: – Ey bizi heçdən var eləyən xaliq, səndən savayı pənah yerim yoxdu. İ.Məlikzadə.

Nə var, nə yox? – yeni xəbər sorğusu.

Balam, necəsən?! Söylə, nə var, nə yox bizə Gəncədən? M.Müşfiq.

O ki var (idi) – lazımi qədər, istədiyin qədər; çox, çoxlu, lap çox. O ki var dedim. O ki var yedi.

– Dünyagörmüş dayı bacısı oğlunun sözündən o ki var qarnını tutub güldü. Kirpi”.

 

 

VAR nədir? – VAR nedir? – VAR sözünün mənası – VAR sozunun menasi – VAR nə deməkdir? – VAR ne demekdir? – VAR sözünün izahı – VAR sozunun izahi – VAR sözünün istifadəsi – VAR sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.