UZAQLAŞMAQ
1. Daha uzağa, uzaq məsafəyə getmək, çox aralanmaq, getdikcə uzaq olmaq. Qəsəbədən uzaqlaşmaq. Çaydan uzaqlaşmaq.
// Aralanıb getmək.
// Başlanmış bir şeyi buraxıb başqasına keçmək, əsil məqsəddən kənara çıxmaq. Mətləbdən uzaqlaşmaq. Əsil məqsəddən uzaqlaşmaq. Əsas mövzudan uzaqlaşmaq.
// Yan qaçmaq, kənar qaçmaq, yaxınlaşmamaq, uzaq gəzmək, daha görüşməmək, əlaqə saxlamamaq, getdikcə yadlaşmaq. Yoldaşlarından uzaqlaşmaq. Nə üçün hamıdan belə uzaqlaşmısan? O, yavaş-yavaş ev-eşiyindən uzaqlaşdı.
// Durduğu və ya durmalı olduğu yeri tərk etmək, ondan aralanmaq, aralı düşmək.
2. Getdikcə uzaqdan eşidilmək və ya görünmək. Gurultu səsi getdikcə uzaqlaşır. Gəminin işıqları get-gedə bizdən uzaqlaşırdı.
3. Zaman etibarilə uzağa getmək, üstündən çox vaxt (aylar, illər, əsrlər) keçmək.
4. məc. Məşğul olduğu bir işi getdikcə tərk etməyə başlamaq, atmaq, onunla daha məşğul olmamaq.
UZAQLAŞMAQ nədir? – UZAQLAŞMAQ nedir? – UZAQLAŞMAQ sözünün mənası – UZAQLAŞMAQ sozunun menasi – UZAQLAŞMAQ nə deməkdir? – UZAQLAŞMAQ ne demekdir? – UZAQLAŞMAQ sözünün izahı – UZAQLAŞMAQ sozunun izahi – UZAQLAŞMAQ sözünün istifadəsi – UZAQLAŞMAQ sozunun istifadesi