YAYINMAQ

f.
1. Başqa yerə (cəhətə, şeyə və s.) cəlb olunmaq, başqa şeylə məşğul olmaq, kənara çıxmaq (adətən “fikri, nəzəri, diqqəti” və s. sözləri ilə). Fikri yayınmaq.
// Qaçmaq. Fikrindən yayınmaq.

[Gülsənəmin] narazılığını büruzə verən bu hərəkəti Tahirin də, Cəmilin də nəzərindən yayınmadı. M.Hüseyn.

2. Cürbəcür bəhanələrlə boyun qaçırmaq, can yandırmamaq.

Tapşırılan işdən yayınmaq … nə qədər çətindir. S.Rəhimov.

3. dan. Xəlvəti getmək, qaçmaq, gözdən itmək, yox olmaq, aradan çıxmaq; əkilmək, gizlənmək.
// Uzaqlaşmaq, getmək.

Al-yaşıl geyinib durma qarşıda; Yayın bədnəzərdən, göz dəyər sənə. Qurbani.
[Tarıverdi:] Barı qaçım, … vaqt ikən bir tərəfə yayınım. M.F.Axundzadə.
[Nağı:] Söylədi: – Qardaşlar, gəlin yayınaq; Çoxdandır Samuxa olmuşuq qonaq. H.K.Sanılı.
Axşam istirahətindən sonra qızlar əl-ələ verib parka çıxanda mən yayınırdım. Mir Cəlal.

4. Yandan keçmək, hədəfə dəyməmək; sapmaq.

Gündən-günə [Kərimin] atdığı güllə daha heç yayınmırdı. S.Rəhimov.

// Canını qurtarmaq, qaçmaq, qaçıb qurtara bilmək. Güllədən ilan yayınası deyil.

– Sonadı, ovçusundan; Yayındı yana, yeridi… Aşıq Ələsgər.

 

 

YAYINMAQ nədir? – YAYINMAQ nedir? – YAYINMAQ sözünün mənası – YAYINMAQ sozunun menasi – YAYINMAQ nə deməkdir? – YAYINMAQ ne demekdir? – YAYINMAQ sözünün izahı – YAYINMAQ sozunun izahi – YAYINMAQ sözünün istifadəsi – YAYINMAQ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.