UĞURSUZ

sif.
1. Bədbəxtlik gətirən, bədbəxtliyə səbəb olan; şükümsüz, məşum, bədşüküm, bədbəxt, fəlakətli. Qonaqsız ev uğursuz olar. ( Ata. sözü ).

[Hannanın] gözəl səsi mənim qulaqlarımda bir bayquş səsindən daha uğursuz idi. M.S.Ordubadi.
Qardaşlarımdan üçü müharibədən qayıtmamış, biri öz əcəli ilə vəfat etmiş, Səmədin atası Mədəd isə uğursuz bir təsadüfün qurbanı olmuşdu. İ.Hüseynov.

// Nəhs, mənhus, pis.

Uğursuz bir gündə acı bir külək; Dağları, daşları bir yerdə qatdı. S.Vurğun.

// Bədbəxt, talesiz, bəxtsiz.

[Vəzir:] Xeyir olsun, ah, gəlir uğursuz insan; Gözündə oynayır ehtiras, al qan. A.Şaiq.
O öz həyatını, cavan ömrünü; Uğursuz taleyin hökmünə verdi. B.Vahabzadə.

2. Uğursuzluqla nəticələnən, heç bir müsbət nəticə verməyən, heç bir şeylə nəticələnməyən; müvəffəqiyyətsiz. Uğursuz təşəbbüs. Uğursuz uçuş. Uğursuz axtarışlar. Bütün cəhdləri uğursuz (z.) qurtardı.

 

 

UĞURSUZ nədir? – UĞURSUZ nedir? – UĞURSUZ sözünün mənası – UĞURSUZ sozunun menasi – UĞURSUZ nə deməkdir? – UĞURSUZ ne demekdir? – UĞURSUZ sözünün izahı – UĞURSUZ sozunun izahi – UĞURSUZ sözünün istifadəsi – UĞURSUZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.