TÜTÜN

is.
1. Yarpaqlarında nikotin olan quşüzümü ailəsindən ot-bitki. Tütün zəmisi. Tütün yığımı.

– Ağacların qalın gövdələri arasından yaşıl tütün plantasiyası görünür, çöldə işləyən qızların mahnısı ucalırdı. H.Seyidbəyli.
Tütün ən çox papiros istehsalı üçün becərilir. H.Qədirov.

2. Həmin bitkinin papiros çəkmək, iyləmək və ya çeynəmək üçün işlədilən qurudulmuş və xırda doğranmış və ya ovulmuş yarpaqları. Siqaret tütünü. Əla növ tütün.
□ Tütün çəkmək – papiros (siqaret) çəkmək.

O deyir: – Havada deyil bu mümkün; Döyüş zamanları çəkəsən tütün. M.Rahim.

3. Tüstü.

Oturdu diz-dizə qaçaqlar bütün; Çadırı doldurdu şərabla tütün. S.Vurğun.

◊ Başından (təpəsindən) tütün çıxmaq – bax başından (təpəsindən) tüstü çıxmaq (“tüstü”də).

 

 

TÜTÜN nədir? – TÜTÜN nedir? – TÜTÜN sözünün mənası – TÜTÜN sozunun menasi – TÜTÜN nə deməkdir? – TÜTÜN ne demekdir? – TÜTÜN sözünün izahı – TÜTÜN sozunun izahi – TÜTÜN sözünün istifadəsi – TÜTÜN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.