TƏSADÜF

is. [ ər. ]
1. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat.

[Tosya Fəraməzə:] Neçin bir neçə ay əvvəl təsadüf bizi bir-birimizə rast gətirdi? Çəmənzəminli.

2. Gözlənilmədən rastlaşma, görüşmə.

Məhərrəm bu təsadüfdən çox sevindi. H.Nəzərli.

□ Təsadüf etmək1) gözlənilmədən rast gəlmək, birdən qarşısına çıxmaq.

O günün sabahı məktəbə gedərkən [qıza] təsadüf etmədim. S.Hüseyn;

2) görmək, rastlaşmaq.

Arasıra istidən divarın dibindəki kölgəliyə qısılaraq yeriyənlərə də təsadüf etmək mümkündür. M.İbrahimov.
İndi vaqonlarda bir-iki sərnişinə təsadüf etmək olurdu. H.Seyidbəyli.

3. Hal, vəziyyət.

Təliə bir çox təsadüflərdə Əbubəkrin ona diqqət verib-vermədiyini də öyrənməyə çalışırdı. M.S.Ordubadi.

// Gözlənilmədən ortaya çıxan keyfiyyət, hadisə, şərait.

[Arif Rənaya:] Nə səadət, nə xoş təsadüf, inan; Səni gördükdə bitdi tabü-təvan. H.Cavid.
Uşağı bir xoşbəxt təsadüf saxladı. Mir Cəlal.

 

 

TƏSADÜF nədir? – TƏSADÜF nedir? – TƏSADÜF sözünün mənası – TƏSADÜF sozunun menasi – TƏSADÜF nə deməkdir? – TƏSADÜF ne demekdir? – TƏSADÜF sözünün izahı – TƏSADÜF sozunun izahi – TƏSADÜF sözünün istifadəsi – TƏSADÜF sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.