TƏSƏRRÜFAT

is. [ ər. ]
1. iqt. Hər hansı bir ictimai quruluşun istehsal üsulu, istehsal münasibətlərinin məcmusu. Kapitalist təsərrüfatı. Natural təsərrüfat. Sadə əmtəə təsərrüfatı. Kapitalist təsərrüfat sistemi.
2. İstehsala xidmət edən, istehsalı təşkil edən, onun üçün olan hər şey; iqtisadiyyat. Xalq təsərrüfatı.
3. İstehsalın hər hansı bir sahəsi, habelə hər hansı istehsal vahidi. Şəhər təsərrüfatı. Meşə təsərrüfatı.

– Nəticədə kənd təsərrüfatı dağılır, kəndli torpağı buraxıb şəhərlərə qaçırdı. M.S.Ordubadi.

// Hər hansı istehsala və ya istehsal vahidinə aid olan avadanlıq, inventar, tikili və s. Kolxoz təsərrüfatı. Yol təsərrüfatı.
// Kənd təsərrüfatının, alətləri, istehsal vasitələri, əkin yerləri, heyvanları və s. olan istehsal vahidi. Xırda kəndli təsərrüfatı.
4. Məişət və ev ehtiyaclarını təmin etmək üçün lazım olan vəsaitin məcmusu.

Tamaşa bütün ailəsini kənddən, təsərrüfatdan ayıraraq stansiyaya, rayon mərkəzinə gətirmişdi. Ə.Əbülhəsən.
[Cəlalın atası] …kiçik bir təsərrüfat düzəldə bilmişdi. S.Vəliyev.

// İdarədə, müəssisədə və s.-də lazım olan şeylərin məcmusu. Təsərrüfat şöbəsi. Direktorun təsərrüfat üzrə müavini.

– Təsərrüfat müdiri lampanı rəfdən götürüb ortalığa gətirdi və kibriti Rəhimə verdi. Ə.Sadıq.

 

 

TƏSƏRRÜFAT nədir? – TƏSƏRRÜFAT nedir? – TƏSƏRRÜFAT sözünün mənası – TƏSƏRRÜFAT sozunun menasi – TƏSƏRRÜFAT nə deməkdir? – TƏSƏRRÜFAT ne demekdir? – TƏSƏRRÜFAT sözünün izahı – TƏSƏRRÜFAT sozunun izahi – TƏSƏRRÜFAT sözünün istifadəsi – TƏSƏRRÜFAT sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.