TƏRTİB

is. [ ər. ]
1. Ayrı-ayrı hissələri, şeyləri seçib birləşdirərək tam bir şey əmələ gətirmə, düzəltmə, yaratma. Dərsliyin tərtibi. Smeta tərtibi. Lüğət tərtibi.

– İş məntəqələri, zavodlar, sexlər, emalatxanalar öz planlarını gözdən keçirir, yeni planlar tərtib edirdilər. Ə.Sadıq.

2. Təşkil, təşkil etmə, yaratma, düzəltmə (qrup, kollektiv). Bir neçə adamdan ibarət xor tərtib etmək. Yeni hökumət tərtib etmək.
// Hazırlamaq, düzəltmək. Böyük bir ziyafət tərtib etdilər.
3. bax tərtibat 1-ci mənada.
4. Səliqə, səliqə-sahman, qayda, üsul, nizam.

[Muzdur] …ağ pal-paltarı öz tərtib və səliqəsilə bir-birinin üstünə [yığdı]. S.M.Qənizadə.

□ Tərtibə salmaq – qaydaya salmaq, səliqəyə salmaq, nizama salmaq.

İzin olsa, məhəbbətlə deyərdim sənə, saqi! Sal məclisi tərtibə səbəbkar gəlincə. Ə.Vahid.

5. Yazma, inşa.
□ Tərtib etmək – yazmaq, inşa etmək.

Nemətullayev hər haqq-hesabı düzgün saxladığından nəticədə təftiş komissiyası gözəl bir akt tərtib edər və burada Nemətullayevin mükafatlanmasını irəliyə sürərdi. S.Rəhimov.

6. mətb. Çap üçün mətbəə şriftlərinin bir yerə gətirilərək düzülməsi, yığılması, mürəttib işi; mürəttiblik.

 

 

TƏRTİB nədir? – TƏRTİB nedir? – TƏRTİB sözünün mənası – TƏRTİB sozunun menasi – TƏRTİB nə deməkdir? – TƏRTİB ne demekdir? – TƏRTİB sözünün izahı – TƏRTİB sozunun izahi – TƏRTİB sözünün istifadəsi – TƏRTİB sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.