YERLİ

sif.
1. Başqa yerdən gəlmə deyil, həmin yerdən olan, bu yerin əhalisindən olan. Yerli əhali. Yerli camaat. Bizim yerli deyil.
// İs. mənasında. Yerlilər və gəlmələr. Yerlilərə məxsus adət və ənənələr. Buranın yerliləri əkinçidir. – [Südabənin anası:] Südabə Həkimülmülkün qızı deyil.

Bunun atası bizim öz yerlimiz, öz ellimiz idi. M.İbrahimov.

2. Müəyyən yerə (şəhərə, ölkəyə və s.-yə) aid olan. Yerli adətlər. Yerli ləhcə. Yerli cins mal-qara.
// Gətirilmə olmayan, həmin yerdə olan və ya hazırlanan. Yerli mallar. Yerli yanacaq. Yerli xammal.
// Mərkəzi olmayan, ümumdövlət mahiyyəti daşımayan, yalnız müəyyən bir ərazi daxilində qüvvəsi, əhəmiyyəti olan. Yerli təşkilatlar. Yerli büdcə. Yerli qəzet.
3. Ümumi olmayan, bir şeyin yalnız bir hissəsinə, bir cəhətinə təsir edən. Yerli iltihab. Yerli keyləşdirmə.
4. Şəraitə tam uyğun olaraq edilən, məqamında, yerində olan; haqlı. Yerli söz. Yerli göstəriş.

– Babacanın məzəmməti bir az yerli və haqlı olduğundan Qumru pozuldu. Ə.Əbülhəsən.

□ Yerli-yerində1) hər şey və ya hər kəs öz yerində, qaydasında, tərtib və nizamla. Hər şey yerli-yerindədir. Sinifdə şagirdlər yerli-yerindədir;
2) bütün təfsilatı ilə, müfəssəl surətdə;
3) lazım gəldiyi yerdə, hər yerdə.

 

 

YERLİ nədir? – YERLİ nedir? – YERLİ sözünün mənası – YERLİ sozunun menasi – YERLİ nə deməkdir? – YERLİ ne demekdir? – YERLİ sözünün izahı – YERLİ sozunun izahi – YERLİ sözünün istifadəsi – YERLİ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.