TƏQİB
1. İzinə düşmə, ardınca getmə, addımbaaddım dalına düşmə, izləmə.
2. məc. Narahat etmə, əziyyət vermə, təngə gətirmə.
// Sıxışdırma, zülm etmə.
◊ Təqib etmək – 1) tutmaq, ələ keçirmək, göz qoymaq və s. məqsədlə birinin izini tutub dalınca getmək; izləmək. Ovu təqib etmək.
2) ardınca getmək, dalınca getmək, müşayiət etmək.
3) məc. bir-birinin ardınca gəlmək, bir-birini izləmək.
// ardınca gəlmək, dalınca gəlmək. Qışı bahar təqib edər.
4) məc. sakitlik verməmək, narahat etmək, əziyyət vermək. Fikir onu daim təqib edirdi.
TƏQİB nədir? – TƏQİB nedir? – TƏQİB sözünün mənası – TƏQİB sozunun menasi – TƏQİB nə deməkdir? – TƏQİB ne demekdir? – TƏQİB sözünün izahı – TƏQİB sozunun izahi – TƏQİB sözünün istifadəsi – TƏQİB sozunun istifadesi