SÜZMƏK

f.
1. Mayeni qatışıqdan, xıltdan və s.-dən təmizləmək, saflaşdırmaq üçün süzgəcdən keçirmək. Məhlulu süzmək. Nefti süzmək.
// Suyunu çıxarmaq, sudan ayırmaq. Düyünü süzmək. Qatığı süzmək.

[Göyçək] şoru torbaya töküb süzdü. Ə.Vəliyev.

2. Tökmək (ancaq içməli şeylər, xüsusən çay haqqında).

Miss Hanna… ikinci çayı süzməyə başladı. M.S.Ordubadi.
Nahardan sonra çayı Səkinə özü süzüb verdi. Ə.Abasquliyev.

3. məc. Oynamaq, rəqs etmək.

Nərgizi üzüm, lay-lay; Yaxana düzüm, lay-lay; Sən böyü, mən qocalım; Toyunda süzüm, laylay. (Bayatı).
[Cahan:] Toyunda da sənin, bala; Bax beləcə süzərəm. Ü.Hacıbəyov.
“Nazbarı” deyil ki, yeniyetmələr süzsün, Pərizad xala bacarmasın. Mir Cəlal.

4. Yarıqapalı gözlərlə baxıb nəzərdən keçirmək. Başdan-ayağa süzmək.

– Xəlil yuxusuzluqdan tutqunlaşmış qonur gözlərini qaldırıb, sərt və ağır baxışı ilə Şahmarı süzdü. M.Hüseyn.
Kərim Hüseynağanı başdanayağa süzdü. M.İbrahimov.
Nərgiz …acizanə bir baxışla oğlanı süzdü. B.Bayramov.

5. Qanad çalmadan sakit-sakit, səssiz uçmaq.

Təsbeh kimi qatarınız düzərsiz; Havalanıb ərş üzündə süzərsiz. M.V.Vidadi.
Bu yerlərə gəlmiş quşlar … çay üzərilə süzürdülər. S.Rəhimov.

◊ Gözlərini süzmək – bax göz.

 

 

SÜZMƏK nədir? – SÜZMƏK nedir? – SÜZMƏK sözünün mənası – SÜZMƏK sozunun menasi – SÜZMƏK nə deməkdir? – SÜZMƏK ne demekdir? – SÜZMƏK sözünün izahı – SÜZMƏK sozunun izahi – SÜZMƏK sözünün istifadəsi – SÜZMƏK sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.