SÜZGƏC
1. Bir şeyi süzmək üçün ələk və s. alət. Süd süzgəci. Süzgəcdən keçirmək.
// Mayeləri və s.-ni lazım olmayan bərk hissəciklərdən, qatışıqlardan və s.-dən ayırıb təmizləmək üçün alət və ya maddə. Tor süzgəc. Kağız süzgəc. Qum süzgəc. – Maye maddə bərk maddə ilə qarışıq halda isə,
…onu adi qıfda süzgəc kağızı vasitəsilə süzüb bərk maddədən ayırırlar… “Üzvi kimya”.
// xüs. Şüanı, cərəyanı və s.-ni saxlamaq və ya zəiflətmək üçün cihaz.
SÜZGƏC nədir? – SÜZGƏC nedir? – SÜZGƏC sözünün mənası – SÜZGƏC sozunun menasi – SÜZGƏC nə deməkdir? – SÜZGƏC ne demekdir? – SÜZGƏC sözünün izahı – SÜZGƏC sozunun izahi – SÜZGƏC sözünün istifadəsi – SÜZGƏC sozunun istifadesi