SÜTUN

is.
1. arxit. Binalarda və s. tikililərdə mərmərdən, daşdan və s.-dən düzəldilən hündür dirək. Sarayın bəzəkli sütunları.

– Telli, qıyqacı çadralı başını balkonun sütununa söykəyib baxırdı. S.Hüseyn.
Rüstəm kişi ikimərtəbəli binanın kərpic sütunundan tutdu. M.İbrahimov.

// məc. İstinadgah, əsas, dayaq.

[Kəndli:] Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qantər içində yük daşıyan fəhlələrdir. S.S.Axundov.
Köhnə yaşayışın əsas sütunları yıxıldı. T.Ş.Simurq.

2. Qəzetdə, kitabda və s.-də səhifənin yuxarıdan aşağıya doğru bölünmüş hissələrindən hər biri.

Müdir cənablarının bu cür tərifi qəzetin bir uzun sütununu doldurub. C.Məmmədquluzadə.
Sabaha çırpınan fikirlərimi; Milyonlar oxuyur sütunlarında. B.Vahabzadə.

3. məc. Aşağıdan yuxarıya dikələn, qalxan şey haqqında. Yanğından qalxan tüstü sütunu.

– Sütun kimi dikəlmiş bir başdaşı. A.Səhhət.
Alovun işığı samovardan qalxan buxara əks edərək, masadan tavana qədər qızıl bir sütun təşkil edirdi. H.Nəzərli.

 

 

SÜTUN nədir? – SÜTUN nedir? – SÜTUN sözünün mənası – SÜTUN sozunun menasi – SÜTUN nə deməkdir? – SÜTUN ne demekdir? – SÜTUN sözünün izahı – SÜTUN sozunun izahi – SÜTUN sözünün istifadəsi – SÜTUN sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.