SUSMAQ
1. Dinməmək, danışmamaq, dinməz oturmaq, ağzını açıb bir söz deməmək.
// Kəsmək, dayanmaq, daha səsi eşidilməmək, gəlməmək, kəsilmək (səs). Quşlar susdu. Musiqi səsi bir anlıq susdu.
// Eyni mənada top, tüfəng və s. səsi haqqında. Cəbhə susdu. Top səsləri susdu. Minaatanlar susdu.
// Məc. mənada.
// Cavab verməmək, səs verməmək. Nə üçün susmusan, cavab vermirsən? Susub, özündən heç bir xəbər bildirmir.
2. məc. Öz duyğusunu, hissini büruzə verməmək.
3. Əmr şəklində: sus! – danışma, dinmə, səsini kəs.
SUSMAQ nədir? – SUSMAQ nedir? – SUSMAQ sözünün mənası – SUSMAQ sozunun menasi – SUSMAQ nə deməkdir? – SUSMAQ ne demekdir? – SUSMAQ sözünün izahı – SUSMAQ sozunun izahi – SUSMAQ sözünün istifadəsi – SUSMAQ sozunun istifadesi