SEÇMƏK
1. Hər hansı bir əlamətinə görə çoxları arasından birini bəyənib ayırmaq, ona üstünlük vermək. Zövqünə görə parça seçmək. Qız seçmək.
2. Müəyyən bir şeyə, sənətə, işə və s.-yə daha çox maraq göstərmək, onu daha üstün tutmaq, üstünlük vermək. Mühəndis sənətini seçmək. Müəllimliyi seçmək.
3. Yaxşını pisdən ayırd edə bilmək.
4. Müəyyən vəzifəni, tapşırığı yerinə yetirmək üçün səsvermə yolu ilə bir və ya bir neçə şəxsə üstünlük vermək. Prezidium seçmək. İclasa sədr seçmək. Qurultaya nümayəndələr seçmək.
5. Müəyyən bir işi yerinə yetirmək üçün gün, vaxt, saat ayırmaq, təyin etmək. Müzakirə üçün şənbə gününü seçdilər. Seminar üçün həftənin birinci gününü seçdilər.
6. Müəyyənləşdirmək, təyin etmək, ayırd etmək, bir-birindən ayırmaq.
7. məc. Görə bilmək, görüb fərqləndirmək. Uzağı seçmək. Yazını seçə bilmədim.
◊ Gözü seçməmək – bax göz.
SEÇMƏK nədir? – SEÇMƏK nedir? – SEÇMƏK sözünün mənası – SEÇMƏK sozunun menasi – SEÇMƏK nə deməkdir? – SEÇMƏK ne demekdir? – SEÇMƏK sözünün izahı – SEÇMƏK sozunun izahi – SEÇMƏK sözünün istifadəsi – SEÇMƏK sozunun istifadesi