SAXLAMAQ
1. Bir şeyi əlində (ağzında, dişində və s.-də) tutub düşməyə qoymamaq. Açarı əlində saxlamaq. İpi dişində saxlamaq.
2. Hərəkətini kəsmək, dayandırmaq, əyləmək. Maşını qapıda saxlamaq. Avtobusu dayanacaqda saxlamaq.
3. Getməsinə, irəli hərəkətinə mane olmaq, qabağını kəsmək, dayandırmaq. Uşaqları meydanda saxlamaq. Adamların qabağını saxlamaq.
4. Sahib olmaq, həvəskarı olmaq, bəsləmək (heyvan haqqında). İnək saxlamaq. Arı saxlamaq. İt saxlamaq.
5. Yaşamaq üçün lazım olan vəsaitlə təmin etmək, dolandırmaq. Yetimləri saxlayıb böyütmək. Ev saxlamaq. Uşaqlarını saxlamaq.
6. Mühafizə etmək, qoruyub saxlamaq.
7. Gizlətmək, heç kəsə göstərməmək. Qiymətli şeyləri sandıqda saxlamaq. Sənədləri seyfdə saxlamaq.
// Bir sözü, sirri və s.-ni heç kəsə deməmək, yaymamaq, gizli saxlamaq.
8. Dayaq olmaq, yıxılmağa, uçmağa qoymamaq. Tirləri divar saxlayır. Balkonu dörd sütun saxlayır.
9. Ehtiyat görmək, qoruyub saxlamaq. Qışa buğda saxlamaq. – Saxla samanı, gələr zamanı. ( Ata. sözü ).
10. Müəyyən bir məqsəd ünün özünə köməkçi, xidmətçi tutmaq. Qulluqçu saxlamaq.
11. Əvvəlki keyfiyyətini mühafizə etmək, qorumaq. Gözəlliyini saxlamaq. Dişini yaxşı saxlamaq.
12. Bir yerdə qalmağa, durmağa məcbur etmək.
// Hər hansı bir vəziyyətdə qalmağa məcbur etmək. Şəhəri mühasirədə saxlamaq. Cəhalətdə saxlamaq. Şeyləri səliqəli saxlamaq. Təhlükə altında saxlamaq.
13. Sözünü, işini və s.-ni davam etdirməyə qoymamaq, yarımçıq kəsmək. Elə burda saxla. Yığıncağı saxlamaq.
14. Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr düzəldilir; məs.: ayaq saxlamaq, dilini saxlamaq, başını saxlamaq, özünü saxlamaq, göz üstə saxlamaq və s.
SAXLAMAQ nədir? – SAXLAMAQ nedir? – SAXLAMAQ sözünün mənası – SAXLAMAQ sozunun menasi – SAXLAMAQ nə deməkdir? – SAXLAMAQ ne demekdir? – SAXLAMAQ sözünün izahı – SAXLAMAQ sozunun izahi – SAXLAMAQ sözünün istifadəsi – SAXLAMAQ sozunun istifadesi