SANCMAQ
1. Batırmaq, geydirmək, soxmaq. Dərziyə dedilər köç, iynəni (papağına) sancdı. ( Ata. sözü ).
// Məc. mənada.
2. Taxmaq, ilişdirmək, keçirmək. Dəli dəlini görəndə çomağını belinə sancar. ( Ata. sözü ).
// Bənd etmək, ilişdirmək, keçirmək. Səhər tezdən kişi sarayın yanına gəlir. Görür ki, molla çuxasının ətəyini sancıb belinə, əlində qazma sarayın divarının dibini qazır. “M.N.lətif.
3. Dişləmək. Arı sancmaq. Əqrəb sancmaq.
4. Sanki bir şey batır kimi ağrımaq. Ürəyi sancmaq. Başı sancmaq.
5. məc. Ağır söz deyib qəlbinə dəymək, incitmək, acılamaq, zəhərləmək. [Dilbər:] Gülüş, sancmağı burax.
SANCMAQ nədir? – SANCMAQ nedir? – SANCMAQ sözünün mənası – SANCMAQ sozunun menasi – SANCMAQ nə deməkdir? – SANCMAQ ne demekdir? – SANCMAQ sözünün izahı – SANCMAQ sozunun izahi – SANCMAQ sözünün istifadəsi – SANCMAQ sozunun istifadesi