ŞAHBAZ

is. [ fars. ]
1. Tərlan, şahin.

Ələsgər, torunu sən tərlana qur; Bəlkə tora düşən bir şahbaz ola. Aşıq Ələsgər.
Qızılcadır soyuq bulaq yaylağı; Bərələri şahin, şahbaz oylağı. Aşıq Dilqəm.

2. məc. İgidliyi, qoçaqlığı, cəsarəti ilə fərqlənən adam haqqında.

Çanaqqala, Sarıqamış; İgidləri şahbaz gördüm. Koroğlu”.

// məc. Xalq şerində məğrur gözələ işarə.

Vaqifi atəşi-hicran öldürdü; Aman, verin o şahbaza bir xəbər. M.P.Vaqif.

// Şairanə təşbehlərdə: gözəlin məğrur gözlərinə, baxışına işarə.

O şahbaz gözlərini görəndə; Uçar mürğiruhum, durmaz bədəndə. Q.Zakir.
O mələk simalım, şahbaz baxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun.

 

 

ŞAHBAZ nədir? – ŞAHBAZ nedir? – ŞAHBAZ sözünün mənası – ŞAHBAZ sozunun menasi – ŞAHBAZ nə deməkdir? – ŞAHBAZ ne demekdir? – ŞAHBAZ sözünün izahı – ŞAHBAZ sozunun izahi – ŞAHBAZ sözünün istifadəsi – ŞAHBAZ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.