sif. və
zərf [
fars. ] Yersizyurdsuz, sərsəri, avara. Sərgərdan adam. – Ata-ana nazı ilə böyümüş Budaq indi çox şeyə tamarzı qalırdı.
O, avara, səfil və sərgərdan həyat sürürdü. Ə.Vəliyev.
// Başını itirmiş, çıxış yolu tapa bilməyən.
Yazıq Ələsgərəm, sərgərdan canım; Qurban sizin kimi dosta, gözəllər!… Aşıq Ələsgər.
Boynu çiynində, qoltuğunda əli; Zarü-məhzun, məlulisərgərdan. C.Cabbarlı.
□ Sərgərdan gəzmək (dolanmaq) – veyillənmək, işsiz-gücsüz, bikar gəzmək, avaralanmaq.
Ey soran halım mənim, mən bir dili-sədparəyəm; Eşq səhrasında sərgərdan gəzən avarəyəm. M.V.Vidadi.
Ömrü olduqca sərgərdan dolandı; Hər saatı min il olub uzandı. A.Səhhət.
Sərgərdan qalmaq – əli hər şeydən çıxmaq, yersizyurdsuz qalmaq, işindən, yurdundan avara düşmək.
Baş tülək deyilsən, çolpa balasan; Sərgərdan qalarsan, tora düşərsən. Aşıq Ələsgər.
[Kəndli:] …Biz 40 gün nə üçün avara, sərgərdan qalaq? Qantəmir.
Sərgərdan qoymaq (eləmək) – işdən-gücdən eləmək, işindən ayırıb avara qoymaq.
Bu dərdlər oyar məni; Al qana boyar məni; Ögeydən ana olmaz; Sərgərdan qoyar məni. (Bayatı).
Bir nəzər qıl mənə, ey çeşmi-xumar; Eyləyibdir məni sərgərdan zülfün. M.P.Vaqif.
[Mirzə:] Evi bərbad olmuş məni işimdən, gücümdən avara, sərgərdan eləyib, gətirib buraya. Ə.Haqverdiyev.