RƏHMƏT
1. Yazığı gəlmə, rəhm etmə, mərhəmət.
2. məc. Nemət, bərəkət mənasında.
3. məc. Dindarların etiqadına görə, Allahın mərhəmətinin təzahürü olaraq yağan xeyirli yağış.
4. Müsəlman dininə görə Allahın ölülərə rəhm edib günahlarını bağışlaması.
◊ Rəhmət demək (oxumaq) – yaxşılıqla anmaq, yaxşılığına danışmaq.
Rəhmət etmək – bax rəhmətə getmək.
Rəhmətə getmək – ölmək.
Allah rəhmət eləsin! – təsəlli və təziyə ifadəsi.
[Molla Əkbər:] Bu tarçı … Əsəd deyildi… Tanrıçı Əsəd idi… Yaxşı adam idi.
Allah(ın) rəhmətinə getmək – bax rəhmətə getmək.
RƏHMƏT nədir? – RƏHMƏT nedir? – RƏHMƏT sözünün mənası – RƏHMƏT sozunun menasi – RƏHMƏT nə deməkdir? – RƏHMƏT ne demekdir? – RƏHMƏT sözünün izahı – RƏHMƏT sozunun izahi – RƏHMƏT sözünün istifadəsi – RƏHMƏT sozunun istifadesi