QARALMAQ
1. Qara olmaq; hisdən, günəşdən, yaxud başqa bir şeyin təsirindən rəngi qara olmaq, rəngi tündləşmək. Qazan ocaq üstə qalıb qaralmışdır. Lampanın şüşəsi hislənib qaralmışdır. Günün altında gəzib qaralmaq.
2. Qaranlıqlaşmaq, tutulmaq (hava, günəş, göy və s. haqqında). Qışda hava tez qaralır. Qərbdə üfüq qaralır.
3. Sönmək, keçmək; sönmək üzrə olmaq; soyumaq. Ocaq qaraldı. Manqalda kömür qaraldı.
// Qaranlıq çökmək, qaranlıq içərisində görünməz olmağa başlamaq, yaxud işıqları sönmək.
4. Görünmək (qara şey, qaraltı haqqında).
5. məc. Pərtlikdən, acıqdan, hirsdən üzünün rəngi çevrilmək; tutulmaq, pozulmaq.
6. Tutulmaq, çətinləşmək. Səsi qaralmaq. Nəfəsi qaralmaq.
7. məc. Pisləşmək, xarablaşmaq, fənalaşmaq, əzablı, əziyyətli olmaq, məhrumiyyətlər və fəlakətlər başlamaq.
QARALMAQ nədir? – QARALMAQ nedir? – QARALMAQ sözünün mənası – QARALMAQ sozunun menasi – QARALMAQ nə deməkdir? – QARALMAQ ne demekdir? – QARALMAQ sözünün izahı – QARALMAQ sozunun izahi – QARALMAQ sözünün istifadəsi – QARALMAQ sozunun istifadesi