TÜND
1. Rəngi açıq olmayan, qaraya yaxın olan, tutqun. Tünd paltar. Tünd rəng.
// Qəliz, kəsif, tərkibində çoxlu miqdarda həll olmuş maddələr olan. Tünd qəhvə. Tünd məhlul.
2. Hiss orqanlarına bərk təsir edən; kəskin. Tünd tütün.
3. məc. Bərk, iti, becid. Tünd at.
4. məc. Hirsli, acıqlı, ağırxasiyyətli, tündməzac, ağır. Tünd adam.
□ Tünd olmaq – hirslənmək, qəzəblənmək, acıqlanmaq, hiddətlənmək, qanı qaralmaq.
5. məc. Bərk, şiddətli, güclü, qatı. …Cənab şəriətmədar küçə ilə gedərkən bir tünd yel əsdi. Axundun əmmaməsi düşdü yerə. “Mol. Nəsr.
” ◊ Tünd getmək məc. – ifrata varmaq, şişirtmək.
TÜND nədir? – TÜND nedir? – TÜND sözünün mənası – TÜND sozunun menasi – TÜND nə deməkdir? – TÜND ne demekdir? – TÜND sözünün izahı – TÜND sozunun izahi – TÜND sözünün istifadəsi – TÜND sozunun istifadesi