QARALAMAQ
1. Qara rəng çəkmək, qara sürtmək, qara rənglə çirkləndirmək, qara rəngə batırmaq. Uşaqlar divarları kömür ilə qaralamışlar.
// Cızma-qara etmək.
2. Əl ilə yazmaq. O, əlindəki karandaşla qabağında duran bir parça kağızı qaralayırdı.
// Bir şeyin ilk mətnini, ilk layihəsini, planını yazmaq, qeyd etmək, eskizini çəkmək. Məqalənin mətnini qaraladım.
3. Yazılmış yazının üstündən qələm çəkmək, pozmaq. Siyahıda adını qaraladılar.
4. məc. Ləkələmək, qara yaxmaq, üstünə böhtan atmaq, biabır etmək. Adamı qaralamaq yaxşı iş deyil.
5. İtirmək, qarışdırmaq, pozmaq; görünməz, nəzərə çarpmaz hala salmaq. İzini qaralamaq.
6. dan. Bir şeyin yerini, bünövrəsini nişanlamaq. Burada toxumların yerini qaralamışıq. Çəpərin yerini qaralamaq.
QARALAMAQ nədir? – QARALAMAQ nedir? – QARALAMAQ sözünün mənası – QARALAMAQ sozunun menasi – QARALAMAQ nə deməkdir? – QARALAMAQ ne demekdir? – QARALAMAQ sözünün izahı – QARALAMAQ sozunun izahi – QARALAMAQ sözünün istifadəsi – QARALAMAQ sozunun istifadesi