POZMAQ
1. Yazını rezin və s. ilə silmək, yaxud üstündən xətt çəkməklə qaralamaq. Əlyazmasının bir abzasını pozmaq.
2. məc. İcazə verilməyən bir iş görmək, qaydadan kənara çıxmaq. Nizam-intizamı pozmaq. Qaydanı pozduğu üçün cərimələnmək.
// İcazə verilməyən, qadağan olunmuş yerdən keçmək. Sərhədi pozmaq.
3. məc. Adi qayda ilə inkişaf etməsinə mane olmaq, qarmaqarışıqlıq törətmək, nizamsız hala salmaq, dağıtmaq.
// məc. Mane olmaq, maneçilik törətmək, əngəl törətmək. İşin gedişini pozmaq.
4. məc. Nizamsız hala salmaq, qarışdırmaq, səliqədən salmaq.
5. məc. Dəyişmək, dəyişdirmək (əsasən inkarda işlədilir).
6. məc. Danışmağa başlamaq, sükuta, sakitliyə son qoymaq. Sakitliyi pozmaq.
7. bax qarışdırmaq 3-cü mənada. Kefini pozmaq.
8. “Əhdi”, “ilqarı”, “peymanı”, “vədini” sözləri ilə – verdiyi sözdən qaçmaq, əhdinə vəfa etməmək.
POZMAQ nədir? – POZMAQ nedir? – POZMAQ sözünün mənası – POZMAQ sozunun menasi – POZMAQ nə deməkdir? – POZMAQ ne demekdir? – POZMAQ sözünün izahı – POZMAQ sozunun izahi – POZMAQ sözünün istifadəsi – POZMAQ sozunun istifadesi