is. [
ər. ] Həsrət içərisində gözləmə, səbirsizliklə gözləmə.
Neçə rəfiqimüvafiqlə əlləşib içə mey; Nə kəsri-məclisimeydən, nə intizarı ola. S.Ə.Şirvani.
On beş gün ayrılıq on beş il keçdi; Öldürdü intizar, gözüm yoldadır. Ə.Cavad.
İntizar və səbirsizlik yenidən başlandı. Qantəmir.
Qurtardı həsrət də, xoş intizar da. B.Vahabzadə.
□ İntizar çəkmək – bax intizar qalmaq.
Aşıq saza nə qaldı? Ərzəm yazana qaldı; Bülbül intizar çəkər; Görək yaza nə qaldı? (Bayatı).
Tülui-mahtab üçün çəkərdim; Dəmadəmdən gecə çox intizarı. Əmani.
Adamlar bu saat nəsə bir şey olacaq gümanı ilə intizar çəkirdilər. Mir Cəlal.
// Gözləmək.
Dağlara çıxmağa həkim qoymayır; İntizar çəkməsin dağ çiçəkləri. N.Rəfibəyli.
İntizar qalmaq – nigaran olmaq, nigarançılıqla gözləmək.
[Sara Bəhrama:] Bilmirsənmi ki, əmin qızı sənsiz darıxır, həm də intizar qalmışdım. C.Cabbarlı.
İntizar qoymaq – gözləməyə məcbur etmək, nigaran qoymaq, gözlətmək.
Zülfün tök belə, dilbər; Tumar çək telə, dilbər; Yetər intizar qoydun; Dolan gəl belə, dilbər. (Bayatı).
Dedin ki, qoymaram aləmdə intizar səni. S.Ə.Şirvani.
İntizar olmaq – bax intizar qalmaq.
Oldular intizar bir saat yarım. H.K.Sanılı.
İntizara yetməmək – intizarını çəkdiyini görə bilməmək.
Ölürəm qəlbimdə yar nişanası; Gözüm yolda intizara yetmədi. Aşıq Ələsgər.
İntizardan qurtarmaq – nigarançılıqdan qurtarmaq, arzusu yerinə yetmək, rahatlanmaq.
Bayatı səsi içəri dolanda Pərşan intizardan qurtarmış kimi dərindən sinəsini ötürdü. M.İbrahimov.
İntizarında qalmaq, intizarını çəkmək – birini həsrətlə, yaxud nigarançılıqla gözləmək.
[Leyla:] Bütün gün intizarında, gözüm həsrətdə qalmışdım. Ü.Hacıbəyov.
[Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdən böyük zövq ola bilməz, qardaşoğlu! İ.Hüseynov.