İLİŞDİRMƏK
1. Bir şeyi başqa bir şeyə keçirib bənd etmək, taxmaq; bir şeyi çəngəl, mıx, düymə və s. bu kimi şeylərlə tutdurmaq.
// Bağlamaq, bənd etmək. Atı bir yerə ilişdir. İpin ucunu ağaca ilişdirmək.
// Dolaşdırmaq, dolaşıq salmaq.
2. Güllələri, patronları dalbadal lüləyə verməmək. Yaxşı tüfəngdir, hayıf ki, hərdən ilişdirir.
3. məc. Bərk vurmaq, çəkmək (sillə, yumruq, təpik və s.).
Telli bütün acığını [pişikdən] çıxarmaq istəyirdi.
4. dan. (Birisinin) işini qarışdırmaq, pis bir əngələ salmaq, dolaşığa salmaq, dolaşdırmaq. Onu yamanca ilişdirdilər.
İLİŞDİRMƏK nədir? – İLİŞDİRMƏK nedir? – İLİŞDİRMƏK sözünün mənası – İLİŞDİRMƏK sozunun menasi – İLİŞDİRMƏK nə deməkdir? – İLİŞDİRMƏK ne demekdir? – İLİŞDİRMƏK sözünün izahı – İLİŞDİRMƏK sozunun izahi – İLİŞDİRMƏK sözünün istifadəsi – İLİŞDİRMƏK sozunun istifadesi