is. [
ər. ]
1. Fəxr, fəxr etmə.
Bu gündən belə İran əhli öz millətləri ilə iftixara haqlıdır. Ü.Hacıbəyov.
“Molla Nəsrəddin” bizim inkişaf tariximizdə, xalqımızın ictimai həyatında çox mühüm və iftixara layiq bir hadisədir. M.İbrahimov.
// Qürur hissi.
[Barxudar] qayıdan gün öz adını ümumi iclasın qətnaməsində oxuyanda sevincindən, heyrətindən, ya iftixarındanmı, nədənsə rəngi qızardı. Mir Cəlal.
Bayram kişi aydın seçilən iftixar hissi ilə bu meyvələri göstərib dedi… M.Rzaquluzadə.
// Fəxr edilməli, fəxr edilməyə layiq şəxs. Füzuli Azərbaycan xalqının iftixarıdır.
– Mirzə Valeh bu evin mötəbər siması, məclislərin iftixarı olmuşdu. S.Rəhimov.
□ İftixar etmək – fəxr etmək.
[Abas:] Mən də, ac, yoxsul bir həyatdan belə bir dərəcəyə yüksəldiyimə iftixar edirəm. M.İbrahimov.
// Təkəbbür, qürur, qürrələnmə.
Politikadır hər işləri, alışları-verişləri; Olarda bir əməl fəqət quru, boş iftixarı gör! M.Ə.Sabir.
2. İftixarla şəklində zərf – qürurla, fəxrlə, iftixar hissi ilə.
Keçir bizim qəhrəmanlar; Alay-alay, iftixarla. S.Vurğun.
Yusif mütəxəssis üzümçüyə məxsus iftixarla dedi: – Odur, o dərə araları üzüm üçün qızıldır. B.Bayramov.