HƏDD
1. Sərhəd, hüdud.
2. məc. Hədd-hüdud, son, nəhayət. Uşağın sevincinin həddi yox idi.
□ Hədd qoymaq – hüdud qoymaq, məhdudlaşdırmaq, normaya tabe etmək.
Həddən artıq (çox, ziyadə) – son dərəcə çox, hədsiz.
Həddən aşmaq – bax həddini aşmaq.
Həddindən artıq (çox, ziyadə) – bax həddən artıq (çox, ziyadə).
Həddindən aşmaq – bax həddini aşmaq.
Həddini aşmaq – həddi-hüdudu aşmaq, son dərəcə çox olmaq, həddi keçmək.
3. riyaz. Dörd əməldə (toplama, çıxma, vurma, bölmə) işlədilən rəqəmlərin hər biri.
◊ Həddim (həddin, həddi) nədi(r) – nə cəsarət sahibiyəm (sahibsən, sahibdir) – itaətkarlıq, mütilik bildirir.
[Molla:] Xeyr, qibleyi-aləm! Mənim həddim nədi sənə güləm. “M.N.lətif.
” Həddini bildirmək – dərsini vermək, yerini bildirmək, yerində oturtmaq; cəzalandırmaq.
Həddini bilmək (tanımaq) – öz hərəkətində, davranışında, danışığında hədd-hüduda riayət etmək, ədəb dairəsindən kənara çıxmamaq, cığırından çıxmamaq. [Zeynal:] …Qudurğanlıq sizə xeyir gətirməz.
Kimin həddi var, nə həddi var – heç kim cəsarət edə bilməz, heç kəsin cəsarəti çatmaz (hədə bildirir).
HƏDD nədir? – HƏDD nedir? – HƏDD sözünün mənası – HƏDD sozunun menasi – HƏDD nə deməkdir? – HƏDD ne demekdir? – HƏDD sözünün izahı – HƏDD sozunun izahi – HƏDD sözünün istifadəsi – HƏDD sozunun istifadesi