GƏLƏCƏK


1. sif. Zaman baxımından hələ çatmamış, lakin çatması gözlənilən, indi yox, sonra olacaq; gözlənilən. Gələcək görüş. Gələcək nəsil.

– Baxdıqca bağçamda açan hər gülə; Qarşımda canlanır gələcək həyat. A.Şaiq.
Düşüncəli gözlərində bir təbəssüm duyuram mən; Bəllidir ki, bir müjdədir o, gələcək əsrlərdən. M.Dilbazi.

2. is. Hələ çatmamış, lakin çatması gözlənilən zaman (keçmiş əksi). Gələcəkdən danışmaq.

– Qayalar az qalır göylərə dəyə; Boylanıram yaxın bir gələcəyə. S.Vurğun.
[Səriyyə xala və uşaqları] ağır bir köç kimi yorğun-yorğun yeriyir, dumanlı və anlaşılmaz bir gələcəyə doğru irəliləyirdilər. M.İbrahimov.

3. is. Bir şeyin indiki deyil, sonrakı vəziyyəti, halı, taleyi. Uşağın gələcəyi. Onun gələcəyi parlaqdır.

[Məhəmməd ağa:] İnsan ki oxumağa və elmə düşmən ola, onun gələcəyi nə olmalı idi. N.Nərimanov.
[Mirzə:] Ancaq uşaqlarımın gələcəyinin fikrini də mənim özümə vagüzar ediniz. Ə.Haqverdiyev.
Həyat nəşəsilə titrəyir içim; Parlaq gələcəyim, nəhayətim var. M.Müşfiq.

4. Gələcəkdə şəklində zərf – bir iş və ya hadisənin sonradan, gələcək zamanda baş verəcəyini göstərir. Gələcəkdə yeni əsər üzərində işləmək istəyir.

[Qara kişi] Fərmanı gələcəkdə özü kimi əli mişarlı, rəndəli və çəkicli bir kişi görmək istəyirdi. Ə.Sadıq.

◊ Gələcək zaman qram. – felin, iş və hərəkətin danışılan zamandan sonra baş verib-verməyəcəyini bildirən zamanı. Qəti gələcək zaman. Gələcək zaman şəkilçiləri.

 

 

GƏLƏCƏK nədir? – GƏLƏCƏK nedir? – GƏLƏCƏK sözünün mənası – GƏLƏCƏK sozunun menasi – GƏLƏCƏK nə deməkdir? – GƏLƏCƏK ne demekdir? – GƏLƏCƏK sözünün izahı – GƏLƏCƏK sozunun izahi – GƏLƏCƏK sözünün istifadəsi – GƏLƏCƏK sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.