DONMAQ
1. Soyuğun, şaxtanın təsirindən, şiddətindən buza çevrilmək, buz halına gəlmək. Su dondu.
// Buzla örtülmək. Çaylar donmuşdur. Göl donmuşdur. Pəncərələr donub.
2. Dondan, şaxtadan məhv olmaq, tələf olmaq, xarab olmaq, don vurmaq. Quşlar şaxtadan donmuşdur. Az qala donmuşdum. Ağaclarda qalan meyvələrin hamısı dondu.
// Bərk üşümək, bədəni soyuqdan keyləşmək. Sərnişinlər maşında soyuqdan donurdular. Barmaqlarım donur.
3. Maye halından bərk hala keçmək; qatılaşmaq. Ərimiş mum 25 dərəcə istidə donur. Yağ donmuşdur.
4. məc. Hər hansı bir hiss və ya təəssüratın təsiri ilə bir anlıq sərbəst hərəkət qabiliyyətini itirmək. Ayını görəndə qorxusundan dondu.
□ Donub qalmaq – 1) mat qalmaq, heyrət içində qalmaq, çox təəccüb etmək (bəzən “yerində”, “yerindəcə” sözləri ilə). Bu işə donub qaldım.
2) inkişaf etməmək, bir nöqtədə durub qalmaq, irəliləməmək, tərəqqi etməmək, hərəkətsiz qalmaq.
DONMAQ nədir? – DONMAQ nedir? – DONMAQ sözünün mənası – DONMAQ sozunun menasi – DONMAQ nə deməkdir? – DONMAQ ne demekdir? – DONMAQ sözünün izahı – DONMAQ sozunun izahi – DONMAQ sözünün istifadəsi – DONMAQ sozunun istifadesi