DİDMƏK
1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq.
2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. – Dilin olmasa, gözünü qarğalar didər. ( Ata. sözü ).
// Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək.
// məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq.
□ Bir-birini didmək – vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək.
3. Cırmaqlamaq, saçlarını yolmaq.
DİDMƏK nədir? – DİDMƏK nedir? – DİDMƏK sözünün mənası – DİDMƏK sozunun menasi – DİDMƏK nə deməkdir? – DİDMƏK ne demekdir? – DİDMƏK sözünün izahı – DİDMƏK sozunun izahi – DİDMƏK sözünün istifadəsi – DİDMƏK sozunun istifadesi