TÜK

is.
1. İnsan və heyvan dərisinin üstündə çıxan sapvari buynuz törəməsi. Ağ tük. – Qurd tükünü dəyişər, xasiyyətini dəyişməz. ( Ata. sözü ).

[Qarovulçunun] üzündəki seyrək tüklər biz-biz durmuşdu. M.Hüseyn.

// Saç.

Qulunun başının tükləri, qaşları və kirpikləri xına rəngində idi. M.İbrahimov.

2. Heyvanların müxtəlif məqsədlər üçün istifadə edilən yunu, qılı. Keçi tükündən toxunmuş örkən.

– Ələklər ipək sapdan, tükdən, bürünc və ya polad məftildən hazırlanır. R.Əliyev.

□ Tük güllə – tir tüfəngindən atılan, arxa tərəfində tük olan güllə.

Avtomata dönmüş cavab, tirdə atılan tük güllə kimi yenə qanadlanıb düz hədəfin ortasına yapışdı. B.Bayramov.

3. Quşların bədənini örtən belə yumşaq və incə tellər.

[Martı quşları] öz tüklərini tumarlayırdılar. H.Seyidbəyli.

// Kəsilmiş quşların, balış və s. üçün işlədilən çıxarılmış pəri; pərqu. Balış üçün tük almaq. Qu tükü.
// İçində pər olan, içinə pərqu doldurulmuş. Tük balış.
4. Bəzi meyvələrin və ya yarpaqların üzərində, yaxud da altında olan xırda tükcüklər; xov. Gicitkənin tükləri.
5. Hər hansı bir mexanizmdə, cihazda və s.-də incə sap, yay, məftil və s. Saat mexanizminin tükü. Elektrik lampasının tükü.
◊ Tük qədər – zərrə qədər, heç, qətiyyən. Tük qədər qorxmamaq.
Tük salmaq (tökmək) – bərk qorxmaq, dəhşətə gəlmək, dəhşətlənmək.

Tük tökər məndən paşalar; Xotkarlar çəkər haşalar. Koroğlu”.
[Qurd Kərim:] Səlim bəy nə qədər güclü olsa da, Nəbidən tük salır. S.Rüstəm.

Tükdən asılı olmaq – qorxulu, ümidsiz vəziyyətdə olmaq, ölüm ayağında olmaq.
Tükləri biz-biz durmaq (olmaq) – dəhşət götürmək, bərk qorxmaq.

Elə bir hala düşərsən ki, tükün biz-biz olar; Əyninə geyməyə şey tapmasan; astar üz olar! M.Ə.Sabir.
İndi də bu hadisə yadıma düşəndə tüklərim biz-biz durur. S.S.Axundov.

Tükləri qabarmaq (qalxmaq, ürpərmək) – bax tükləri biz-biz durmaq (olmaq). Pələngdən elə bir bağırtı qopdu ki, səsindən dam-daş titrədi. Gözlərim qaraldı.

Tüklərim ürpərdi. A.Şaiq.
[Nənəqız] elə ağı deyir ki, adamın başının tükləri qabarır. S.Rəhimov.

Tükü tərpənməmək – halına qətiyyən təsir etməmək.

Rəhim bəyin sözlərini dinlədikcə Bayramın tükü də tərpənmirdi. M.Hüseyn.

Tükü tükdən seçmək – ən incə mətləbi başa düşmək, tez başa düşmək.

Vəzirlər həmişə gərək tükü tükdən, sözü sözdən seçsinlər. (Nağıl).
[Qubernator:] Diplomat tükü tükdən seçər. C.Cabbarlı.

Tükü yatımına sığallamaq məc. – bir işi yaxşılıqla, mübahisəsiz yola vermək.

[Rəhimli:] …Mən həmişə tükü yatımına sığallayıram, inciyən adam deyiləm. İ.Hüseynov.

Tükünü (tüklərini) didmək – divan tutmaq, cəza vermək, cəzalandırmaq.

[Oddamdı:] Vay, [ərəblər] mənim cücə kimi tüklərimi didəcəklər. C.Cabbarlı.

 

 

TÜK nədir? – TÜK nedir? – TÜK sözünün mənası – TÜK sozunun menasi – TÜK nə deməkdir? – TÜK ne demekdir? – TÜK sözünün izahı – TÜK sozunun izahi – TÜK sözünün istifadəsi – TÜK sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.