AY
1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi. Ay işığı. Ayın batması.
// məc. Gözəlin camalına təşbih (bəzən ay üz, ay parçası, on dörd gecəlik ay və s. tərkiblərdə işlənir).
Heyran görüncə ay camalın; Oldu genə eşqdə fəsanə. Heyran xanım.
□ Ay doğmaq – ay çıxmaq.
Ay görünmək – hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə görünməsi.
Ay qalxmaq (qəlbilənmək) – ucalmaq, yüksəlmək, üfüqdən uzaqlaşmaq (Ay).
Ay qaranlığı – aysız gecə, Ay işığı olmayan gecə, qaranlıq gecə.
Ay qaranlıqlamaq – axşamdan görünməyib gecədən bir qədər keçəndən sonra, ya səhərə yaxın görünmək (Ay).
Ay parçası – 1) hilal, aypara;
2) məc. gözəlin epitetlərindən biri.
Ay tutulmaq astr. – Yer kürəsinin Günəş ilə Ay arasına girməsi nəticəsində Ayın müvəqqəti olaraq qismən və ya tamamilə görünməməsi.
Boz ay – qışın axırıncı ayı, mart ayı.
Elqovan ay – yayın axırıncı ayı, yaylaqdan qayıtma vaxtı.
2. İlin bölündüyü on iki hissədən hər biri. Yaz ayları. Bir ay bundam əvvəl. İlimiz on iki aydır.
□ Ayda-ildə – hərdən, hərdənbir, gec-gec, nüdrətən. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. ( Ata. sözü ).
AY nədir? – AY nedir? – AY sözünün mənası – AY sozunun menasi – AY nə deməkdir? – AY ne demekdir? – AY sözünün izahı – AY sozunun izahi – AY sözünün istifadəsi – AY sozunun istifadesi