AR
1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik. Bu adamda heç ar deyən şey yoxdur.
2. Eyib, utanılacaq şey, nöqsan. Nə etmək, mən fəqirəm, yar sultan; Mənə yar olmasından arı vardır. Heyran xanım.
□ Ar bilmək – özü üçün əskiklik, eyib bilmək, izzətinəfsini gözləmək. Mən bu hərəkəti özümə ar bilirdim.
Ar etmək – utanmaq, həya etmək, xəcalət çəkmək. Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar. ( Ata. sözü ).
Ar olmaq – eyib olmaq.
Arı yemək – həyasızlaşmaq, abır-həyasını itirmək, arsızlaşmaq, heç şeydən utanmamaq. Arı yeyib namusu dalına alıb. ( Ata. sözü ).
Arına gəlmək – bax ar etmək. [Sadıqov] Qoy nə edir etsin.
AR nədir? – AR nedir? – AR sözünün mənası – AR sozunun menasi – AR nə deməkdir? – AR ne demekdir? – AR sözünün izahı – AR sozunun izahi – AR sözünün istifadəsi – AR sozunun istifadesi