ACI
1. Dili-ağzı yandırıcı, kinə, xardal və s. dadında olan (şirin ziddi). Acı dərman. Acı badam. Acı dad. Acı istiot. Acı turp. Acı soğan. Acı çay (dişləmə çay, içinə qənd salınmamış çay).
2. məc. Fəlakətli, məşəqqətli, əziyyətli, kədərlə dolu. Acı həyat. Acı tale. Acı günlər.
// is. məc. (çox vaxt cəm şəklində). Fəlakət, əziyyət, məşəqqət, təzyiq.
□ Acı çəkmək – müsibət çəkmək, fəlakət keçirmək.
3. is. məc. Ağrı, azar, yorğunluq hissi. Can acısı.
// Müvəffəqiyyətsizlik, uğursuzluq, fəlakət, peşmanlıq nəticəsində doğan acılıq hissi.
4. məc. Xoşa gəlməyən, qəlbə toxunan, ağır, pis, qaba, kobud. Acı söz. Acı danışıq. Acı xatirələr.
□ Acı danışmaq – bax acılamaq.
5. məc. İbrətli, nəticəsi pis olan, təəssüf ediləcək. Keçən ilin acı təcrübəsindən hələ də lazımi nəticə çıxarmamışlar.
6. Bəzi sözlərin qabağında, onların ifadə etdikləri şeyin təsirini, dərəcəsini, qüvvəsini şiddətləndirir.
◊ Acı göz yaşları – dərdin, kədərin şiddətini ifadə edir.
Acı gülüş – dərin bir kədərlə birləşmiş gülüş, ağlarkən gülmə.
Acısını almaq (çıxarmaq) – 1) heyfini almaq, intiqamını almaq;
2) acılığını azaltmaq (götürmək).
ACI nədir? – ACI nedir? – ACI sözünün mənası – ACI sozunun menasi – ACI nə deməkdir? – ACI ne demekdir? – ACI sözünün izahı – ACI sozunun izahi – ACI sözünün istifadəsi – sozunun istifades