ZOR
1. is. Güc.
□ Zor etmək (eləmək) – güclə məcbur etmək, güc tətbiq etmək.
Zor gəlmək – üstün olmaq, qalib çıxmaq, məcbur etmək.
Zor ilə – 1) zorla.
2) var gücü ilə.
Zor işlətmək (göstərmək) – zor etmək, gücdən istifadə etmək, zorakılıq etmək.
Zora çəkmək – çətinliyə salmaq, bərkə çəkmək, məcbur etməyə çalışmaq.
Zora salmaq – çətinliyə salmaq, gücə salmaq.
Zoruna dönüm! – tərif və təşviq ifadəsi (birinə ürək vermək, bir işə cəsarətləndirmək və təhrik etmək üçün işlənir).
// Qolugüclülük, qolunun gücü.
Zor vermək – 1) güc vermək.
2) ağır təsir etmək.
2. sif. Çox güclü, qüvvətli, böyük. Açarın gücü qıfıldan zordur. ( Ata. sözü ).
// Çox bacarıqlı, qoçaq, əlindən hər şey gələn. Kişi zor adamdır.
// zərf Çox, xeyli.
3. sif. Çətin, çətin başa gələ bilən, zehni və yaxud cismani güc tələb edən, çox ağır. Zor məsələ.
// Zordur şəklində – çox çətindir.
4. is. Məcburiyyət.
// Zərf mənasında. Məcburiyyət altında, məcburən, istəmədən, öz xahişi olmadan.
5. Zorla şəklində zərf – 1) güc işlədərək (işlədilərək), güc tətbiq edərək (edilərək), məcburiyyət altında.
// istəməyə-istəməyə, özünü məcbur edərək.
2) çox çətinliklə, güclə.
3) güclə, güc-bəla ilə, çox çətinliklə (bu mənada bəzən “zor-bəla ilə” şəklində işlənir). İşin öhdəsindən zorla gəldi. Zorla özünü saxlaya bildi. Onu zor-bəla ilə razı sala bildilər.
ZOR nədir? – ZOR nedir? – ZOR sözünün mənası – ZOR sozunun menasi – ZOR nə deməkdir? – ZOR ne demekdir? – ZOR sözünün izahı – ZOR sozunun izahi – ZOR sözünün istifadəsi – ZOR sozunun istifadesi