ZİREH
1. köhn. Ox və s. yaralayıcı silahlardan qorunmaq üçün döyüşçülərin üstdən geydikləri dəmir tordan, yaxud qalın dəridən geyim.
□ Zireh kimi, zirehtək – tor kimi, deşik-deşik.
2. Hərbi gəmilərdə, tanklarda və s.-də xüsusi polad laylardan ibarət möhkəm qoruyucu örtü. Polad zireh.
3. zool. Bəzi heyvanların (tısbağa, timsah və b.) bədənini örtən bərk qabıq. Tora qara rəngli dəri zirehi olan nəhəng bağa düşmüşdü.
ZİREH nədir? – ZİREH nedir? – ZİREH sözünün mənası – ZİREH sozunun menasi – ZİREH nə deməkdir? – ZİREH ne demekdir? – ZİREH sözünün izahı – ZİREH sozunun izahi – ZİREH sözünün istifadəsi – ZİREH sozunun istifadesi