NİTQ
1. Danışma, fikrini sözlərlə ifadə etmə qabiliyyəti. Nitq üzvləri. Nitqi inkişaf etdirmək.
// Danışıq, danışma tərzi; tələffüz. Aydın nitq. Rəvan nitq.
// Ümumiyyətlə, danışma, söz, kəlam.
□ Nitqdən düşmək (qalmaq) – danışa bilməmək, susmaq, lal olmaq, dili tutulmaq.
Nitqə gəlmək – danışmağa başlamaq, dilə gəlmək.
Nitqi açılmaq – danışmağa başlamaq, dili açılmaq.
Nitqi tutulmaq (bağlanmaq, batmaq, kəsilmək, qurumaq, çəkilmək) – danışa bilməmək, dili tutulmaq, danışmaq qabiliyyətini itirmək (sevincdən, fərəhdən, həyəcandan və s.-dən).
2. İclasda, yığıncaqda, mitinqdə və s.-də camaata, dinləyicilərə xitabən irad olunan söz.
□ Nitq irad etmək – nitq söyləmək.
Nitq söyləmək – kütləvi yerlərdə, yığıncaqlarda müəyyən məsələ ətrafında danışmaq, fikir söyləmək, çıxış eləmək.
NİTQ nədir? – NİTQ nedir? – NİTQ sözünün mənası – NİTQ sozunun menasi – NİTQ nə deməkdir? – NİTQ ne demekdir? – NİTQ sözünün izahı – NİTQ sozunun izahi – NİTQ sözünün istifadəsi – NİTQ sozunun istifadesi