KƏSİLMƏK
1. “Kəsmək”dən məch. Taxta kəsildi. Barmağı kəsilmək. Qardan yol kəsilmişdir. Qoyun kəsilmək. Telefon (qaz) kəsildi. Meynələr kəsilib. Kərpic kəsilmək. Pul kəsilmək.
2. f. Bitmək, qurtarmaq, sakitləşmək. Molla gəlib mağaraya çatana qədər yağış kəsilir. “M.N.lətif.
// Daha eşidilməmək, gəlməmək (səs və s. haqqında).
// Sona çatmaq, qurtarmaq, bitmək. Müharibə kəsildi. Mübahisə kəsildi.
// Kəsmək, toxtamaq. Ağrı kəsildi. Yaranın qanı kəsildi.
3. məch. köhn. Sünnət edilmək.
4. məch. Cəza təmin edilmək. Cərimə kəsilmək.
□ İş kəsilmək – məhkəmənin hökmü ilə müqəssirə müəyyən il həbs cəzası verilmək.
5. məch. Yarılmaq, oğurlanmaq. Ev kəsilib.
6. məch. dan. İmtahanda hər hansı bir fəndən pis qiymət almaq, imtahandan keçməmək. İmtahandan kəsilmək. Kimyadan kəsilmək.
7. f. Məhrum olmaq (qalmaq), tamamilə tükənmək. Taqəti kəsilmək. İştahası kəsilmək. Südü kəsilmək. – Babək əlində şam, təkbaşına ağır və yorğun addımlarla Cavidan qəsrinin yeraltı qatına düşdü.
// Bir şeydən qalmaq, artıq edə bilməmək. Yeməkdən kəsilmək.
8. Bir sıra isimlərlə birləşərək mürəkkəb fel və ifadələr düzəldilir; məs: ayağı kəsilmək, əli kəsilmək, çarəsi kəsilmək, düşmən kəsilmək.
KƏSİLMƏK nədir? – KƏSİLMƏK nedir? – KƏSİLMƏK sözünün mənası – KƏSİLMƏK sozunun menasi – KƏSİLMƏK nə deməkdir? – KƏSİLMƏK ne demekdir? – KƏSİLMƏK sözünün izahı – KƏSİLMƏK sozunun izahi – KƏSİLMƏK sözünün istifadəsi – KƏSİLMƏK sozunun istifadesi