DÜZƏLMƏK
1. Düz və hamar şəklə düşmək; düzlənmək. Çuxur düzəldi.
2. Təşkil olunmaq, əmələ gəlmək, ibarət olmaq.
// Tərtib olunmaq, qurulmaq.
3. Qaydaya düşmək, nizama düşmək, yoluna düşmək, başa gəlmək. İşim düzəldi.
// İslah olunmaq, yaxşılaşmaq. O, düzələn adam deyil.
4. Dikəlmək, qalxmaq, şax durmaq, qəddini düzəltmək.
5. Kökəlmək, ətə-cana gəlmək.
// Sağalmaq, yaxşılaşmaq. Xəstə idi, indi düzəlib.
6. Bir səmtə tərəf üz tutmaq, getməyə başlamaq, getmək (bu mənada adətən “yola”, “yoluna” və s. sözlərlə).
Mehriban kinli bir nəzərlə [Zeynala] baxdı.
7. məc. dan. İşə girmək, bir vəzifə daşımağa başlamaq. İşə düzəlmək. Haraya düzəldin?
DÜZƏLMƏK nədir? – DÜZƏLMƏK nedir? – DÜZƏLMƏK sözünün mənası – DÜZƏLMƏK sozunun menasi – DÜZƏLMƏK nə deməkdir? – DÜZƏLMƏK ne demekdir? – DÜZƏLMƏK sözünün izahı – DÜZƏLMƏK sozunun izahi – DÜZƏLMƏK sözünün istifadəsi – DÜZƏLMƏK sozunun istifadesi