ÖZ
1. Şəxsinə, özünə aid olan, xas olan, mənsub olan. Öz kitabı. Öz şeyi. Öz yerindən durmaq. Öz vətəninə qayıtmaq. Öz fikrində qalmaq.
// Şəxsən, müstəqil olaraq özü tərəfindən yaradılmış, görülmüş, alınmış, əldə edilmiş və s. Öz şeirlərini oxudu. Öz bostanını bizə göstərdi. Öz zəhmətinin məhsulu.
// Şəxsən özünə məxsus; şəxsi. Öz maşını var. Öz ev-eşiyi. Öz kitabı. Paltolar arasında öz paltosunu axtarmaq.
2. Ancaq özünə, yaxud bir şeyə xas; xüsusi. Onun öz üslubu, öz metodu var. O, öz qəribəliyi ilə nəzəri cəlb edir. – …Xudayar bəy zəmilərə cüt göndərib başladı sürdürməyə.
3. Doğma, yaxın (iş, məslək, əqidə və fikir cəhətdən). Öz xalqımız. Öz adamımız. Öz uşağımız.
4. Bir işdə şəxsən, bilavasitə iştirak edən (onun mənbəyi, ya obyekti olan) şəxsi, ya şeyi göstərmək üçün isimdən, şəxs əvəzliyindən sonra işlənir. Atası özü oğlunu şəhərə apardı. O özü də çox əziyyət çəkdi. İşin özü çox maraqlıdır. Bütün işləri özüm görürəm.
[Əsmər] artıq Məmmədbağırı dinləmək istəməyirdi.
5. İsim və ya şəxs əvəzliyi yerində müstəqil işlədilir. Özü yazıb. Özüm görmüşəm. – [Aslan bəy:] …Yaxın yerdən bilmişəm.
// Eyni mənada bəzən cəm şəkilçisi ilə işlədilir. Özləri bilərlər. Özləri getsinlər.
6. Bir adamın və ya bir şeyin böyüklüyünü, əhəmiyyətini, mövqeyini nəzərə çatdırmaq üçün işlədilir. General özü gəlmişdi. Məni nazir özü qəbul etdi.
◊ Öz canı üçün qorxmaq – öz həyatını qorumaq, öz canına ziyan dəyməməsinə çalışmaq.
Öz canının hayına qalmaq (hayında olmaq) – özünü təhlükədən, qorxulu vəziyyətdən qurtarmağa çalışmaq, tədbir aramaq.
Öz əli, öz başı – sərbəst, azadə.
Öz xoşuna qalmaq – ixtiyarı özündə olmaq, özbaşına qalmaq. Dövlətli baxır ki, qonşu öz xoşuna qalsa, bağçadan əl çəkməyəcək. “M.N.lətif.
” Öz xoşuna qoymaq – sərbəst buraxmaq, öz istədiyi kimi hərəkət etməsinə imkan vermək, başlı-başına buraxmaq.
Özüdür ki var – haqqında danışılan adamın və ya şeyin adı çəkildikdə, yaxud da onu gördükdə təsdiq məqamında işlədilən ifadə. Dadaşov içəri girdi.
Özüm ölüm – “canıma and olsun” mənasında and ifadəsi.
Özündə olmamaq – özünü itirmək dərəcəsində hirslənmək, özündən çıxmaq.
Özündən çıxmaq – hirslənmək, əsəbiləşmək, coşmaq.
Özündən dəm vurmaq – özünü tərifləmək, özündən demək.
Özündən düzəltmək – 1) başından çıxarmaq, fikirləşib tapmaq;
2) yalan demək, qondarmaq, uydurmaq.
Özündən getmək – ürəyi getmək, bayılmaq, qəşş etmək, huşunu itirmək.
Özündən küs! – “özünü günahkar bil”, “təqsir səndədir” mənasında işlədilir.
Özünə çıxmaq – mənimsəmək, götürmək, özünə aid etmək, öz ayağına yazmaq.
Özünə gəlmək – 1) huşu özünə gəlmək, ağlı başına qayıtmaq (qəşş etmiş, huşunu itirmiş adam haqqında). Xəstə özünə gəldi.
Kişilər gülüşdülər, yaman gülüşdülər.
2) bax özünü ələ almaq;
3) əvvəlki vəziyyətinə gəlmək, sağalmaq, düzəlmək, əmələ gəlmək (ağır xəstəlikdən sonra).
4) bir hadisənin, işin mənasını sonradan başa düşmək.
Özünə gətirmək – 1) ürəyi getmiş adamı ayıltmaq;
2) məc. ayıltmaq.
Özünə görə – öz vəziyyətinə, öz mövqeyinə, öz vəzifəsinə layiq.
Özünə götürmək – 1) başqası haqqında deyilən sözü özünə aid etmək;
2) bax özünə çıxmaq.
Özünə gün ağlamaq – öz taleyini, öz gələcəyini düşünmək; çətin vəziyyətdən çıxmaq üçün yol axtarmaq.
Özünü aparmaq – özünü idarə etmək (rəftar, davranış, əxlaq məsələlərində).
Özünü bərkitmək – 1) qüvvə yığmaq, özünü möhkəmləndirmək;
2) var-dövlət yığmaq, varlanmaq.
Özünü bilməmək – huşunu itirmək.
Özünü çəkmək – lovğalanmaq, təşəxxüs satmaq.
Özünü dartmaq – bax özünü çəkmək.
Özünü düzəltmək – maddi cəhətdən vəziyyətini yaxşılaşdırmaq.
Özünü ələ almaq – huşunu, fikrini, ifadəsini toplamaq, özünü toplamaq, ağır bir vəziyyətdə iradəli olmaq, özünü itirməmək; sakit olmaq.
Özünü ələ salmaq – özünü gicliyə vurmaq, axmaq hərəkətlər etmək (giclik, yüngüllük edən adam haqqında).
Özünü göstərmək – 1) öz üstünlüyünü, bacarığını göstərmək;
2) nümayiş etdirmək, təzahür etmək.
Özünü gözləmək – özünü qorumaq, mühafizə etmək.
Özünü xəstəliyə (dəliliyə və s.
) vurmaq (qoymaq) – yalandan özünü xəstə (dəli və s.) göstərmək.
Özünü itirmək – çaşmaq, nə edəcəyini bilməmək.
Özünü naza qoymaq – nazlanmaq, naz satmaq.
Özünü oda-suya (oda-közə) vurmaq (atmaq) – bir iş üçün fədakarcasına çalışmaq, səyini, qüvvəsini əsirgəməmək, əziyyətə, məşəqqətə dözmək.
Özünü o yerə qoymamaq – bir işə əhəmiyyət verməmək, özünü bilməməzliyə, eşitməməzliyə qoymaq.
Özünü ortaya salmaq (atmaq) – özünə aid olmayan işə qarışmaq.
Özünü öldürmək məc. – çox zəhmət çəkmək, çox əlləşmək, çox çalışmaq. Özünü öldürüb ev tikmək.
Özünü öymək – özünü tərifləmək, lovğalanmaq.
Özünü saxlamaq – iradəsini toplayıb bir işi görməkdən vaz keçmək, saqınmaq, etmək istədiyi bir işi etməmək.
Özünü sındırmamaq – pərt olmamaq, özünü tox tutmaq.
Özünü soyuğa vermək – soyuq dəyib naxoşlamaq.
Özünü tanımaq – həddi-büluğa çatmaq.
Özünü təmizə (təmizliyə) çıxarmaq – özünə bəraət qazandırmaq, müqəssir olmadığını isbat etməyə, sübuta çalışmaq.
Özünü toplamaq – bir şey qarşısında, ya bir şey etmək üçün qüvvə və iradəsini toplamaq.
Özünü tutmaq – qeyri-qanuni yollarla varlanmaq.
Özünü yetirmək – çatdırmaq, vaxtında gəlib çıxmaq. Özünü qatara yetirdi. Özünü hadisə yerinə yetirdi.
Özünü yeyib tökmək – çox təşviş və iztirab keçirmək, narahat olmaq, əsəbiləşmək.
Özünü yığışdırmaq – 1) fikrini, huşunu, qüvvəsini toplamaq, özünü ələ almaq.
2) qəzəb, narazılıq doğurmamaq üçün öz hərəkətlərinə, davranışına fikir vermək, özünü düzəltmək.
3) özünü yığışdır! şəklində – hədə, qorxu məqamında işlədilir.
Öz-özlüyümdə (öz-özlüyündə) – bax özlüyündə. Öz-özlüyündə qərara gəlmək.
Öz-özlüyündə – ayrılıqda, ayrılıqda götürdükdə. Öz-özlüyündə o şeyin heç bir qiyməti yoxdur.
Öz-özünə – 1) öz bildiyi kimi, müstəqil olaraq; özü. Öz-özünə fikirləşmək. Öz-özünə öyrəşmək;
2) yavaşcadan, kimsə eşitmədən. Öz-özünə oxumaq.
ÖZ nədir? – ÖZ nedir? – ÖZ sözünün mənası – ÖZ sozunun menasi – ÖZ nə deməkdir? – ÖZ ne demekdir? – ÖZ sözünün izahı – ÖZ sozunun izahi – ÖZ sözünün istifadəsi – ÖZ sozunun istifadesi