DÖNDƏRMƏK
1. İstiqamətini yana və ya geriyə, yaxud başqa tərəfə yönəltmək.
2. Əvvəlki vəziyyətinin əksinə dəyişmək.
// Bir tərəfə çevirmək. Üzünü bizə tərəf döndərdi. – Döndərmək çox çətindir, Onu öz axarından.
// Tuşlamaq, yönəltmək. Topun ağzını, hədəfə döndərmək.
3. Tərsinə qoymaq, çevirmək. Stəkanı ağzı aşağı döndərmək. Üzü üstə döndərmək.
// Böyrü üstə yıxmaq, devirmək, aşırmaq. Arabanı döndərdi. Qazanı döndərmək.
// İçini bayırına və ya önünü arxasına çevirmək. Yastığı döndərmək.
4.
…şəklinə salmaq,
…halına salmaq, …çevirmək. Suyu buza döndərmək.
5. Soldurmaq. Günəş paltarın rəngini döndərdi.
6. İnandıraraq qəbul etdirmək.
7. Vaz keçdirmək, əl çəkməyə məcbur etmək; daşındırmaq. Fikrindən döndərmək. Qəsdindən döndərmək.
◊ Üz döndərmək – bax üz.
DÖNDƏRMƏK nədir? – DÖNDƏRMƏK nedir? – DÖNDƏRMƏK sözünün mənası – DÖNDƏRMƏK sozunun menasi – DÖNDƏRMƏK nə deməkdir? – DÖNDƏRMƏK ne demekdir? – DÖNDƏRMƏK sözünün izahı – DÖNDƏRMƏK sozunun izahi – DÖNDƏRMƏK sözünün istifadəsi – DÖNDƏRMƏK sozunun istifadesi