ZİYAD₁

zərf [ ər. ] klas. Çox, artıq.

Kirvə Məhəmmədxan bəy! Dövlətin ziyad; Həm evin abad, sümüyün polad. Aşıq Piri.

□ Ziyad etmək (eyləmək) – artırmaq.

Çərxi-fələk zülmü ziyad eləmiş; Hicran məni gündə döyər, ağlaram. M.V.Vidadi.
[Pəri və Şölə xanım:] Ağa, Allah sənin ömür və dövlətini ziyad eləsin, yüz il xanlıq edəsən! M.F.Axundzadə.

Ziyad olmaq – çoxalmaq, artmaq.

Zövq üzrə mey artırırdı zövqüm; Şövq üzrə ziyad olurdu şövqüm. Füzuli.
Ziyad olur gözümün nuru, ey gözüm nuru; Səbahü şam təmaşayi-xəttü xalında. S.Ə.Şirvani.
Əgər ki yayda zəhməti əkinçinin ziyad olur; Ziyad olursa, qış günü o da o qədr şad olur. A.Səhhət.

 

 

ZİYAD₁ nədir? – ZİYAD₁ nedir? – ZİYAD₁ sözünün mənası – ZİYAD₁ sozunun menasi – ZİYAD₁ nə deməkdir? – ZİYAD₁ ne demekdir? – ZİYAD₁ sözünün izahı – ZİYAD₁ sozunun izahi – ZİYAD₁ sözünün istifadəsi – ZİYAD₁ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.